Şənbə, 27 Aprel

"Zelenski getdikcə daha çox kömək istəyir" - Le Pen

image

"Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən getdikcə daha çox kömək istəyir".

Xəbər verilir ki, bu  barədə Fransa prezidentliyinə namizəd Marin Le Pen “France 2” telekanalının efirində deyib.

O, Ukrayna hadisələri ilə bağlı “soyqırım” ifadəsinin işlədilməsinin əleyhinə çıxış edib.

“Soyqırımın çox dəqiq hüquqi tərifi var və o, vəziyyətə uyğun gəlmir”, - deyə Le Pen bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynada baş verənlərin ona “soyqırım” kimi göründüyünü təkid edən ABŞ prezidenti Co Baydenlə razılaşmayıb. Fransa lideri “terminlərin istifadəsində ehtiyatlı olmağa” çağırıb. Eyni zamanda, Le Pen Rusiyanın beynəlxalq aləmdə təcrid olunma ehtimalına inanmadığını vurğulayıb. O, Ukrayna münaqişəsi bitdikdən sonra NATO-Rusiya təmaslarının bərpasının tərəfdarı olduğunu qeyd edərək, "Bu, dünyada böyük gücdür" deyib. 

“Məncə, Rusiya uzunmüddətli perspektivdə Çinlə əməkdaşlığa üstünlük verərsə, Qərb uduzacaq".

O qeyd edib ki, dövlət başçısı seçiləcəyi təqdirdə xarici siyasətində “müstəqillik, bərabərlik və daimilik” prinsiplərini rəhbər tutacaq. Bildirək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39